Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə Prezidentinin Sərəncamına uyğun olaraq Masallı rayonunda uzunluğu 23 km olan Xıl-Sirəbil-Çayqıraq-Molalan-Allahyarlı avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına başlayıb.
"İki sahil" agentliyə istinadən xəbər verir ki, yolun yenidən qurulmasında məqsəd yolboyu yaşayan əhalinin gediş-gəlişini, yük-sərnişin daşımasını asanlaşdırmaqdır.
Layihəyə uyğun olaraq yenidənqurma işləri texnoloji ardıcıllıq və yüksək keyfiyyətlə icra olunur.
Tikinti ərazisinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan işlər çərçivəsində əsasən yararsız asfalt, torpaq əsaslı və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun qurulur.
“İnşaat Norma və Qaydaları”na əsasən hazırda yolda torpaq işləri, yol yatağının genişləndirilməsi və suötürücü boruların quraşdırılması işləri icra olunur. Layihə üzrə zəruri yerlərdə mövcud körpülərinin təmiri və tikinitisi də nəzərdə tutulub.
Layihənin sonuncu mərhələsində yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə yol müasir görkəmdə istifadəyə veriləcək.
2026-cı ilin birinci rübündə İpoteka və Kredit Zəmanət Fondunun dəstəyi ilə sahibkarlara 24,8 milyon manat kredit verilib
Aqrar Sığorta Fonduna 6500 hektar əkin sahələri üzrə zərər müraciətləri daxil olub
Anar Axundov: Sahibkarların rəqəmsal bacarıqlarının gücləndirilməsi prioritetə çevrilib
Nazir müavini: Yeni Çərçivə Sənədi üzrə ümumi maliyyə yükü 85.3 milyon dollardır