25 aprel 2025 13:31
201

Doqquz ildən sonra Aİ-nin ali nümayəndəsinin Azərbaycana səfəri əlamətdar hadisədir - Ceyhun Bayramov

Doqquz ildən sonra Avropa İttifaqı ali nümayəndəsinin Azərbaycana səfər etməsi əlamətdar hadisədir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının (AK) vitse-prezidenti Kaya Kallasla keçirilən birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bu, əməkdaşlıq perspektivi baxımından önəmli fürsətdir:

“Bu, Kaya Kallasla qısa müddətdə ikinci təmasımızdır. İlk dəfə ötən ilin dekabrında Maltada ATƏT XİN başçılarının görüşündə görüşmüşdük”.