Bu, bizim ikinci təmasımızdır. İlk dəfə dekabr ayında Maltada görüşmüşdük. Bu gün, 9 illik fasilədən sonra Avropa İttifaqının ali nümayəndəsinin Azərbaycana səfərini yüksək qiymətləndiririk. Bu səfər, münasibətlərimizin mövcud vəziyyəti və perspektivləri baxımından böyük bir imkandır.
“İki sahil” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Avropa İttifaqı ilə Azərbaycan son illər ərzində aparılan danışıqlarda məsələlərin 90 faizi üzrə razılıq əldə olunub. Lakin bu illər ərzində prosesdə müəyyən durğunluq müşahidə olunurdu. Bu gün bu məsələ də müzakirə edildi və razılıq əldə olundu ki, hər iki tərəf praktiki addımlar atacaq.
Sazişin daha da zənginləşdirilməsinin mümkün olduğunu deyən Ceyhun Bayramov əlavə edib: “Avropa İttifaqı Azərbaycan üçün əsas ticarət tərəfdaşlarından biridir. Hazırda bizim ticarət dövriyyəmiz 20 milyard ABŞ dolları təşkil edir”.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib