Prezident İlham Əliyev “Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında” Sərəncam imzalayıb.
“İki sahil” xəbər verir ki, Sərəncama əsasən, Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikası tərəfindən səlahiyyətli qurum Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi müəyyən edilib.
Xarici İşlər Nazirliyi bununla bağlı Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərməlidir.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib