Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Belarusun Ticarət-Sənaye Palatasının sədri Mixail Myatlikovla görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Görüş çərçivəsində tərəflər əsas sektorlarda biznes tərəfdaşlığının gücləndirilməsi məsələlərini müzakirə edib. Bununla yanaşı, Belarus şirkətlərinin nümayəndələrinin Azərbaycana qarşıdakı səfərinin proqramı, Bakıda keçiriləcək biznes forumun təşkili, azərbaycanlı həmkarlarla B2B formatında görüşlər, birgə layihələr üzrə danışıqlar barədə ətraflı fikir mübadiləsi aparılıb", - paylaşımda qeyd edilib.
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-rəsmi naharda iştirak edib
Cevdet Yılmazla Azərbaycanın Türkiyədəki səfiri Ermənistanla normallaşmanı müzakirə edib
Milli Məclisin İnsan hüquqları komitəsinin payız sessiyasında ilk iclası keçirilib