Azərbaycan və Qazaxıstan iki ölkə arasında yaradılmış İşgüzar Şuranın fəaliyyətini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinnin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov "X" sosial şəbəkəsində hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr İşgüzar Şuranın həmsədri, Qazaxıstanın Beynəlxalq Sahibkarlar Birliyinin (KIT) təsisçisi Dauren Bimov və heyəti ilə görüşdə baş tutub.
“Görüşdə ölkədə KIT-in nümayəndəliyinin fəaliyyətinə, İşgüzar Şura çərçivəsində əməkdaşlığa dair fikirlərimizi bölüşdük”, - deyə sədr qeyd edib.
Göyçayda “Narçılığın inkişaf perspektivləri və yeni çağırışlar” mövzusunda tədbir keçirilib
Azərbaycan Çin şirkəti ilə neft və neft-kimya sənayesində əməkdaşlığı genişləndirməyi müzakirə edib
Avropa Şurası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə seminar keçirilib - FOTOLAR