28 aprel 2025 14:05
158

Müşfiq Məmmədli Qubada növbəti səyyar qəbul-görüş keçiriib

Milli Məclisin deputatı Müşfiq Məmmədli Quba rayonunun Rustov kənd inzibati ərazi dairəsinə daxil olan Rustov, Püstəqasım, Məçkəxacə və Qam-Qam kəndlərinin sakinləri ilə növbəti səyyar qəbul-görüş keçiriib.

“İki sahil” xəbər verir ki, görüş zamanı son günlər ərzində intensiv yağıntılar nəticəsində bölgədə baş vermiş sel hadisəsinin törətdiyi fəsadlar, o cümlədən yol infrastrukturuna və əhalinin həyat şəraitinə təsirləri barədə yerli sakinlərdən birbaşa məlumat toplanılıb. Məsələ ilə bağlı yerli icra hakimiyyəti və bələdiyyə nümayəndələri ilə geniş müzakirələr aparılmış, görülmüş işlər və mövcud problemlər qiymətləndirilib.

Qeyd olunmalıdır ki, təbii fəlakət nəticəsində yaranan çətinliklərin aradan qaldırılması məqsədilə yerli icra orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilib, bir çox hallarda vətəndaş müraciətlərinin operativ həlli təmin olunub.

Rustov kənd inzibati ərazi dairəsinin mərkəzində keçirilən görüş zamanı vətəndaşların müxtəlif sosial-iqtisadi məsələlər üzrə müraciətləri dinlənilib, səsləndirilən problemlərin həlli üçün aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verilib.