28 aprel 2025 15:45
133

İkiqat NBA çempionu Riçard Barnett vəfat edib

Milli Basketbol Assosiasiyasının (NBA) ikiqat çempionu Riçard Barnett 89 yaşında vəfat edib. Ölümün səbəbi dəqiqləşdirilmir.

“İki sahil” xəbər verir ki, bu barədə Milli Basketbol Assosiasiyasının yaydığı məlumatda qeyd edilir.

"Möhtəşəm karyerası boyunca Riçard Barnett həm meydançada, həm də meydandan kənarda "New York Nicks"in təcəssümü olmuşdur. O, görüşdüyü hər kəsə müsbət təsir göstərmiş və klubumuz onun tarixinin ayrılmaz bir hissəsi olduğu üçün inanılmaz dərəcədə şanslıdır. Onun forması əbədi olaraq Madison Square Garden-da qalacaq"-  deyə komandanın sosial şəbəkədəki səhifəsində məlumat verilib.

Barnett 1965-1973-cü illərdə klubu təmsil edib. 1970 və 1973-cü illərdə o, klubun tərkibində NBA çempionu olub. O, 604 oyunda 9442 xalla klubun bütün zamanlarda ən çox xal toplayan oyunçular siyahısında 9-cu pillədə qərarlaşıb. Barnettin adı 2024-cü ildə Basketbol Şöhrət Zalına daxil edilib.