Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) dialoq üzrə mühüm tərəfdaşıdır.
“İki sahil” xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bazar ertəsi günü keçirilən mətbuat konfransında bildirib.
"Çin Azərbaycanın ŞƏT-də hüquqi statusunun yüksəldilməsini dəstəkləyir və təşkilatın beynəlxalq nüfuzunun artırılması məqsədilə Azərbaycanın ŞƏT çərçivəsində əməkdaşlıq təşəbbüslərini alqışlayır", - deyə diplomat bildirib.
Mey həmçinin vurğulayıb ki, Çin ticarət və investisiyalar, rəqəmsal iqtisadiyyat, kənd təsərrüfatı və yaşıl inkişaf da daxil olmaqla, müxtəlif istiqamətlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycanla qarşılıqlı fəaliyyət üçün ŞƏT platformasından istifadə etməyə hazırdır.
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu
XİN: Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir
MMN Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib