Bu ilin mart ayının birinə Azərbaycanın maliyyə institutlarının rezidentləri tərəfindən emissiya edilmiş MasterCard kartlarından istifadə etməklə aparılmış əməliyyatların sayı (statistik vahidin ödəniş kartları da daxil olmaqla) 64,9 milyon ədəd, əməliyyatların həcmi isə 4,4 milyard manat təşkil edib.
Bu barədə "İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə MasterCard kartları üzrə əməliyyatların sayı 23,1 milyon ədəd və ya 55,3%, əməliyyatların həcmi isə 868 milyon manat, yaxud da 23,7% artıb.
Belə ki, ötən ilin eyni dövründə Azərbaycanda rezident maliyyə institutları tərəfindən MasterCard ödəniş kartları üzrə aparılan əməliyyatların sayı 41,8 milyon ədəd, əməliyyatların həcmi isə 3,5 milyard manat təşkil edib.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.