30 aprel 2025 10:04
100

"Formula 1"in keçmiş pilotunun dəbilqəsi hərracda 965 min dollara satılıb

"Formula 1"in keçmiş pilotu Ayrton Sennanın dəbilqəsi hərracda 965 min dollara satılıb.

“İki sahil” xəbər verir ki, Senna bu dəbilqəni 1992-ci ildə Belçika Qran-prisində geyinib.

Sözügedən yarış zamanı braziliyalı pilot qəzaya düşən və huşunu itirən həmkarı Erik Komasın həyatını xilas etməklə diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, A.Senna "Formula 1"in üçqat qalibidir. O, 1994-cü il mayın 1-də San-Marino Qran-prisindəki qəza nəticəsində vəfat edib.