29 oktyabr 2026 11:59
108

Cüdo Federasiyasının təşkilatçılığı ilə ilk dəfə Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Noyabrın 1-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə ilk dəfə Xankəndidə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək. 

İmtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəemər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb

İmtahana qeydiyyat ödənişlidir. İştirak etmək istəyənlər təmsil etdiyi idman təşkilatı vasitəsilə və ya birbaşa ACF-ə müraciət edə bilər.

Daha ətraflı məlumat üçün: 010-232-98-77