Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Meksika Senatının sədri Herardo Fernandes Noronya ilə görüş keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Meksika Senatının "X" səhifəsindəki paylaşımında bildirilir.
Görüş zamanı ikitərəfli münasibətlər və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.
Həmçinin xalqlar arasında qardaşlıq əlaqələri bir daha təsdiqlənib və iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsi niyyəti ifadə olunub.
Tədbirdə Meksika Senatının xarici əlaqələr komitəsinin üzvləri də iştirak ediblər.
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu
XİN: Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir
MMN Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib