01 may 2025 09:21
373

 "Prezident Kuboku-2025" beynəlxalq reqatasında növbəti yarışlar keçiriləcək

"Prezident Kuboku-2025" beynəlxalq reqatasında bu gün növbəti yarışlar keçiriləcək.

“İki sahil” xəbər verir ki, reqatanın ikinci günündə idmançılar “Kür” Olimpiya Tədris-İdman Mərkəzində avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən gün Suqovuşanda start götürən yarışın ilk günündə Azərbaycanın üç avarçəkəni - Amil Ramazanov, Əlimurad Hacızadə və Mustafa Vəlizadə bürünc medala sahib çıxıblar.

20 ölkədən 200-dən çox idmançının çıxış etdiyi turnirə sabah yekun vurulacaq.