Bu ilin birinci rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 398 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
“İki sahil” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin yaydığı məlumatda qeyd edilib.
Bu, 2024-cü ilin birinci rübün göstəricisi ilə müqayisədə 21 nəfər və ya 0,9 % çoxdur.
2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90 %-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100 % yerli vətəndaşlardan ibarətdir.
BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev