Bu gün Bakıda IV Aqrobiznesin İnkişafı Forumu start götürüb.
“İki sahil” xəbər verir ki, forumda kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, FAO-nun Avropa və Mərkəzi Asiya üzrə regional rəhbər müavini Nabil Gangi açılış nitqi söyləyəcəklər.
Daha sonra Milli Məclisinin Aqrar Siyasət Komitəsinin sədri Tahir Rzayev, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, AQTA-nın sədr müavini Balarəhim Quliyev, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Mərkəzi Bankının sədr müavini Toğrul Əliyev, Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov Azərbaycanda Aqrobiznesin İnkişafına Baxış mövzusunda çıxış edəcəklər.
Forumda Azərbaycanın aqrobiznes sektorunda əsas tendensiyalar, çağırışlar və imkanlar, Maliyyə Təşviqləri və Aqro-Maliyyələşmə Həlləri, Aqrobiznesin İnkişafı üçün Subsidiya Mexanizmlərinin Təkmilləşdirilməsi mövzularında müzakirələrin aparılması nəzərdə tutulur.
Yanvar-may aylarında paytaxtda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 faiz artıb
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev