Bu gün, mayın 2-də İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Devid Bekhem ad gününü qeyd edir.
Dünyanın ən tanınmış futbolçularından birinin 50 yaşı tamam olur.
“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.
Bekhem 2013-cü ilin iyulunda karyerasını bitirdi. Ümumilikdə yarımmüdafiəçi karyerası ərzində bütün turnirlərdə 718 oyun keçirib, 127 qol vurub və 213 məhsuldar ötürmə edib.
Peşəkar karyerası ərzində Bekhem “Mançester Yunayted”, “Real Madrid”, “Milan”, “Paris Sen-Jermen” və “Los Anceles Qalaksi” kimi klublarda çıxış edərək, onlarla 20 kubok qazanıb.