Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il aprelin 25-də Çinin CGTN telekanalına verdiyi müsahibədə qeyd etdiyi kimi, iyul ayında Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə keçirilən son görüş iki ölkə arasında əməkdaşlığın tarixində dönüş nöqtəsinə çevrildi. Bu görüş yalnız protokol xarakteri daşımır, eyni zamanda Azərbaycan-Çin münasibətlərində yeni bir mərhələnin başlanğıcını qoydu.
Prezident İlham Əliyev vurğulayıb ki, bu yüksək səviyyəli dialoq iki ölkənin strateji tərəfdaşlığını daha da möhkəmləndirdi. Azərbaycanın beynəlxalq əməkdaşlıqda əsas prinsipial mövqeyi qarşılıqlı hörmətə, suverenlik və bərabər hüquqlara əsaslanır. Bu baxımdan Çinlə münasibətlər, xüsusilə də Sədr Si ilə şəxsi əlaqələr, Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir.
Bu görüş zamanı iqtisadi əməkdaşlığın genişləndirilməsi, nəqliyyat dəhlizlərinin inkişafı, enerji təhlükəsizliyi sahəsində birgə layihələr və humanitar sahədə əməkdaşlıq məsələləri diqqət mərkəzində oldu. Xüsusilə, “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində Azərbaycanın oynadığı mühüm rol və bu təşəbbüsün regionda sabitliyə və rifaha verdiyi töhfə vurğulandı.
Əməkdaşlığın yüksək səviyyəyə qalxması, həm də ikitərəfli münasibətlərin davamlı inkişafını şərtləndirir. Çin ilə əməkdaşlıq Azərbaycanın Asiya istiqamətində xarici siyasətində mühüm yer tutur. Tərəflər arasında etibarlı siyasi dialoq, iqtisadi və mədəni sahələrdə aktiv mübadilə ölkələrimizin bir-birinə olan hörmətinin göstəricisidir.
Sonda Prezident İlham Əliyev bildirmişdir ki, Çinlə qurulmuş bu strateji tərəfdaşlıq təkcə iki ölkənin deyil, bütövlükdə regionun və daha geniş coğrafiyanın inkişafı və sabitliyi üçün mühüm əhəmiyyət daşıyır.
Fəyaz Həsənli,
Bakı Ali Neft Məktəbinin Böyük metodisti