Misli Premyer Liqasında 33-cü tur davam edir.
“İki sahil” xəbər verir ki, bu gün daha iki oyun keçiriləcək.
Əvvəlcə 7-ci pillədə qərarlaşan “Şamaxı” öz meydanında autsayder “Səbail”i qəbul edəcək.
Cari mövsüm bu komandaların qarşıdurmalarında bərabərlikdir. 1 dəfə “Səbail”, 1 dəfə isə “Şamaxı” 2:0 hesablı qələbəyə sevinib. Digər görüşdə isə qapılara qol vurulmayıb.
Günün ikinci matçında “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gələcək. Hazırda Naxçıvan klubu 54 xalla turnir cədvəlində üçüncü, Masazır təmsilçisi isə 40 xalla dördüncüdür. Əsas izləyicisi “Turan Tovuz”u 5 xal qabaqlayan “Araz-Naxçıvan” bugünkü matçda qələbə qazansa, bürünc medallara doğru böyük addım atmış olacaq.
Bu mövsüm tərəflərin keçirdiyi 3 matçdan birində “Sabah” qalib gəlib, digər iki görüş isə heç-heçə yekunlaşıb.
Qeyd edək ki, Misli Premyer Liqasında artıq “Qarabağ” qızıl, “Zirə” isə gümüş medalları təmin edib.
Misli Premyer Liqası,
33-cü tur
3 may
17:00. “Şamaxı” - “Səbail”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Şamaxı şəhər stadionu
19:30. “Araz-Naxçıvan” - “Sabah”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
“Liv Bona Dea Arena"