Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.
“İki sahil” xəbər verir ki, orden Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşündə təqdim olunub.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Vüqar Rəhimzadə: Ədalətli yeni dünya nizamının formalaşdırılması ölkəmizin bütün platformalardan səsləndirdiyi əsas çağırışdır
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB