Portuqaliyanın müvəqqəti hökuməti icazəsiz yaşayan 18 minə yaxın əcnəbini ölkədən çıxarmaq niyyətindədir.
“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" agentliyi xəbər verib.
Məlumata əsasən, prezident yanında nazir Antonio Leytau Amaru bildirib ki, hakimiyyət orqanları Portuqaliyada qanunsuz olaraq ölkəni tərk etmək üçün insanlara 18 minə yaxın bildiriş göndərəcək.
Əcnəbilər gələn həftədən bildiriş almağa başlayacaqlar. Birinci məthələdə bu, 4,5 min insana şamil olunacaq. Onların Portuqaliyanı könüllü tərk etmək üçün 20 gün vaxtı olacaq.