04 may 2025 11:36
90

Çin lideri Rusiyaya rəsmi səfər edəcək

Çin Xalq Respublikasının Sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə mayın 7-dən 10-dək Rusiyada rəsmi səfərdə olacaq.

“İki sahil” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Si Cinpin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə iştirak edəcək.

Qeyd olunub ki, danışıqlar zamanı hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsinin əsas məsələləri, o cümlədən beynəlxalq və regional gündəliyin aktual məsələləri müzakirə olunacaq.

Eyni zamanda bir sıra ikitərəfli hökumətlərarası və idarələrarası sənədlərin imzalanması planlaşdırılır.