04 may 2025 21:34
98

Ukrayna hərbi kəşfiyyatının rəhbəri: Rusiya HHQ-nin Su-30 təyyarəsi “hava – hava” sinifli raketlə vurulub

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirilo Budanov “The War Zone” nəşri ilə söhbətində Qara dəniz üzərində Rusiya HHQ-nin çoxməqsədli Su-30 qırıcı təyyarəsinin (NATO təsnifatına görə: “Flanker”) necə vurulduğunu danışıb.

“İki sahil” xəbər verir ki, Ukrayna hərbi kəşfiyyatının rəhbəri hücum zamanı “Magura-7” süüstü dronlardan infraqırmızı yönləndiricili “AIM-9 Sidewinder” “hava – hava” sinifli raketlər istifadə edilib.

“Bu, tarixi bir andır”, – Budanov vurğulayıb.

Onun sözlərinə görə, BKİ üç “Magura-7” suüstü drondan istifadə edib, onlardan ikisi iki təyyarəyə atəş açıb. Rusiya hərbi müxbirləri bir təyyarənin itirilməsini təsdiqləyiblər.

Budanov hadisənin cümə günü Qara dənizdə baş verdiyini bildirərək olayın yeni təfərrüatlarını təqdim edib. Əvvəllər BKİ Ukrayna Müdafiə Nazirliyi və Rusiya teleqram kanallarının məlumatlarında bir “Flanker”in adaptasiya edilmiş infraqırmızı yönləndiricili qısamənzilli R-73 (AA-11 Archer) “hava – hava” sinifli raketlə vurulduğu qeyd olunub.

Budanov bildirib ki, birinci Su-30 təyyarəsinin ekipajı sağ qalıb və Qara dənizdə mülki gəmi tərəfindən xilas edilib. İlkin məlumatlara görə, ikinci təyyarənin ekipajı ölüb.

“Defense Express” nəşri qeyd edib ki, bu, qırıcı təyyarənin suüstü dron tərəfindən vurulduğu ilk faktdır.

“Bu, tarixdə ilk döyüş epizodudur ki, qırıcı təyyarə və ümumiyyətlə təyyarə zenit raketləri ilə silahlanmış suüstü dron vasitəsilə məhv edilib”, – məlumatda deyilir.