Azərbaycanın Qətərdəki səfiri Adış Məmmədov “Nebras Power” şirkətinin idarə heyətinin sədri, “Qatar Electricity and Water”in idarəedici direktoru və baş icraçı direktoru Mohammed Nasser Al-Hajri ilə yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Dohadakı diplomatik missiyasının sosial şəbəkə hesabında paylaşım edilib.
“Nebras Power” idarə heyətinin sədri, “Qatar Electricity and Water”in idarəedici direktoru və baş icraçı direktoru cənab Mohammed Nasser Al-Hajri ilə səmərəli görüş keçirdim”, – mətbuat xidməti azərbaycanlı diplomatdan sitat gətirib.
Bildirilib ki, görüşdə Azərbaycan ilə “Nebras Power” arasında yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Vüqar Rəhimzadə: “Əsrin müqaviləsi”ndən başlanan inkişaf bizi suverenliyimizin bərpasına qovuşdurdu
XİN: Azərbaycan terrorizmin bütün təzahürlərinə qarşı mübarizədə Pakistanla həmrəydir
MMN Azərbaycanı 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib