05 may 2025 13:48
96

Kreml Putin-Tramp görüşünü zəruri hesab edir

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş lazımdır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə bazar ertəsi Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O qeyd edib ki, Putinin planına may ayında Səudiyyə Ərəbistanına səfəri daxil deyil.

May ayında Səudiyyə Ərəbistanına səfəri zamanı Donald Trampla mümkün təmaslar barədə sualı cavablandıran Dmitri Peskov, "planda belə bir səfər yoxdur. Ancaq biz belə bir görüşü zəruri hesab edirik "-  deyib.