Avropa İttifaqı İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını genişləndirmək planlarından narahatdır.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bunu Avropa Xarici İşlər Xidmətinin nümayəndəsi Ənvər əl-Anuni deyib.
"Avropa İttifaqı Qəzza zolağında Fələstin əhalisinə daha çox itki gətirəcək hərbi əməliyyatın planlaşdırılan genişləndirilməsindən narahatdır. Biz İsraili təmkinli olmağa çağırırıq" - deyə Ənvər əl-Anuni jurnalistlərə bildirib.