05 may 2025 19:27
143

El Pais: İspanların 55%-i Aİ-nin qlobal çağırışların öhdəsindən gələ bilməyəcəyinə inanır

“İspanların 55,8%-i hesab edir ki, Avropa İttifaqı az və ya heç bir birlik olmadan hərəkət edir, 58,8%-i isə hesab edir ki, bu, qlobal çağırışlar qarşısında az və ya heç təsirli deyil.

“İki sahil” xəbər verir ki,  bu barədə "El Pais" nəşri məlumat yayıb.

Eyni zamanda, respondentlərin əksəriyyəti hesab edir ki, Aİ təhlükəsizlik və müdafiəyə deyil, ilk növbədə mənzil tikintisinə, sənayenin inkişafına və sosial proqramlara investisiya qoymalıdır.

Bundan əlavə, respondentlərin 38,5%-i miqrasiyanı Aİ ölkələrində əsas problem kimi göstərib.