Bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 18 nəqliyyat vasitəsi satılıb.
"İki sahil" bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 103 sifariş qəbul edilib. Bunlardan 33-ü onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 4 500 manat olan “Nissan Maxima” markalı avtomobil 8 200 manata, 7 800 manat olan lot üzrə 2 nəqliyyat vasitəsi 13 300 manata satılıb.
Hərracda satılmış nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3LtXXH linki vasitəsilə tanış olmaq mümkündür.
Növbəti hərraclar 13, 20 və 27 mayda keçiriləcək.
Hərraca çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3LtZmC linki vasitəsilə tanış olmaq mümkündür.
Dövlət torpaqlarının icarəsində rekord artım: Müqavilələrin sayı 12 min 900-ə çatıb
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev
Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dövlət hansı hallarda nəzarət edir? - OXUYUN XƏBƏRİNİZ OLSUN