Bu ilin mayın 1-i tarixinə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 816,7 min nəfərə çatıb.
Bu barədə "İki sahil" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 1,2 faiz çoxdur.
Eyni zamanda, bu ilin mayın 1-nə ölkədə aktiv ƏDV ödəyicilərinin sayı isə 3,8 faiz artaraq 54,8 min təşkil edib.
Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 2,6 faiz artıb və 223,1 min olub.
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Kaspersky: saxta maliyyə veb-saytlarına girişin 25%-i fırıldaqçı ödəniş sistemlərinin payına düşür