Xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfəri çərçivəsində ADA Universitetinin rektoru Hafiz Paşayevlə birlikdə Azərbaycanın İraqdakı səfirliyində olub.
“İki sahil” xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesablarında paylaşım edib.
“ADA Universitetinin rektoru Hafiz Paşayevlə Azərbaycanın İraqdakı səfirliyini ziyarət etməkdən şərəf duyuruq. Burada Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstəsi qoyub, onun əbədi irsini və dövlətçiliyimizdəki mühüm rolunu xatırlayaraq, xatirəsini ehtiramla andıq”, - paylaşımda qeyd olunub.
Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB
Gürcüstan mediası Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin toplantısındakı çıxışından materiallar yayıb