Bu gün səhər saatlarında Tuzla (Türkiyə) sahillərində qayıqda yanğın baş verib.
“İki sahil” İHA-ya istinadla xəbər verir ki, yanğın qonşuluqdakı daha üç qayığa keçib. Ekipajlar geniş səylərdən sonra yanğını nəzarət altına alıblar.
Bildirilib ki, hadisə saat 04:30 radələrində Cami rayonunda yerləşən marinada baş verib.
Yanğının hansı səbəbdən baş verdiyi bilinmir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Məhərrəm Ağalaroğlu, “İki sahil”