Layihə çərçivəsində aşağıdakı mərhələlər nəzərdə tutulur:
▪️ I mərhələ – keçid dövrü ərzində 22 əsas yataqda SPE/PRMS sisteminə uyğun idarəetmə modeli tətbiq ediləcək;
▪️ II mərhələ – digər yataqların bu sistemə inteqrasiyası həyata keçiriləcək;
▪️ Pilot layihə – Qərbi Abşeron yatağında daxili resurslarla SPE/PRMS standartlarına uyğun ehtiyat hesablaması aparılacaq.
Bu məqsədlə, apstrim sahəsində çalışan bir sıra SOCAR əməkdaşı beynəlxalq şirkət tərəfindən təşkil olunan xüsusi təlim proqramlarını uğurla tamamlayıb.
Bununla yanaşı, ehtiyatların hesablanmasını icra edən əməkdaşlar üçün SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutunda təşkil olunacaq təlimlərin açılış mərasimi keçirilib.
Tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Arzu Cavadova transformasiya layihəsinin strateji əhəmiyyətindən danışıb, ehtiyatların idarə olunmasının mərkəzləşdirilmiş qaydada aparılmasının vacibliyini vurğulayıb.
Orxan Vahidoğlu, "İki sahil"