26 noyabr 2026 13:28
328

“İki sahil”in məqaləsi Türkiyə saytında yayımlanıb

Bugünlərdə “İki sahil” qəzetində dərc edilən “Türkiyə-Azərbaycan birliyi əbədi, sönməz məşəldir” sərlövhəli məqalə Türkiyə Cümhuriyyətinin “Barın Ajans.com" saytında yayımlanıb. Məqlənin müəllifi “İki sahil” qəzetinin şöbə müdiri Zahid Rza qeyd edir ki, ortaq tarixin, etnik köklərin, dilin, ədəbiyyatıın, mənəvi dəyərlərin qırılmaz tellərlə birləşdirdiyi, güclü təməllər üzərində qurulan Tükiyə-Azərbaycan münasibətləri gündən-günə inkişaf edir. Qırx dörd günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən 7 ay sonra, 2021-ci il uyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı münasibətləri rəsmən strateji tərəfdaşlıq səviyyəsindən sarsılmaz müttəfiqlik zirvəsinə yüksəltdi. 

Yazıda bildirilir ki, Ankaranın qlobal səviyyədə rolunun, siyasi çəkisinin artması Bakının gücünün artmasına töhfə verir. Azərbaycanın inkişafı, yüksəlişi, orta gücə, regionda söz sahibinə çevrilməsi Türkiyənin gücünə güc qatır, çağdaş dövrdə qlobal miqyasda yeni və müstəqil güc mərkəzinə çevrilən Türk Dünyasının beynəlxalq müstəvidə qüvvətlənməsini təmin edir.

Möhtərəm Prezident Rəcəb Tayyib Ərdoğanın noyabrın 8-də- Zəfər Günündə Şuşaya ziyarəti, eləcə də Prezident İlham Əliyevin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasındakı (COP31) Liderlər Sammitində iştirak etmək üçün Türküyəyə səfəri ölkələrimiz arasında dostluğun sarsılmazlığını bir daha nüamyiş etdirdi. Bütün bunlar Azərbaycan və Türkiyə arasında münasibətləri pozmağa, məqsədli şəkildə iki qardaş xalq arasında nifaq salmağa, fitnə-fəsad törətməyə cəhd edənlərin qara planlarını alt-üst edir, gizli və məkrli ssenarilərinin qarşısına keçilməz sədd çəkir.

Qeyd olunur ki, gündən-günə güclənən Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi Cənubi Qafqazda sülhü, təhlükəsizliyi, əməkdaşlığı və rifahı təmin edən başlıca amildir. Yeni dünya nizamında regional və qlobal siyasətə təsir imkanları getdikcə artan bu dostluq, birlik və bərabərlik regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın və iqtisadi inkişafın ən etibarlı qarantdır.

“Barın Ajans.com" saytında yayımlanan yazıda o da qeyd edilir ki, Bakı və Ankara bundan sonra da çiyin-çiyinə addımlayaraq Türkün səsini, qüdrətini, qardaşlığını bütün dünyaya nümayiş etdirəcək. “Bir bədəndə iki can” olan Türkiyə-Azərbaycan qardaşlıq, candaşlıq dastanı gələcək nəsillərin yolunu işıqlandıracaq və əbədiyyən qürur mənbəyimiz olacaq.