Naxçıvan Ali Məclisinin qərarı ilə Muxtar Respublikanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilmiş Kazım Hüseynəliyev kollektivə təqdim olunub.
“İki sahil” xəbər verir ki, onu kollektivə iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev təqdim edib.
R.Abdullayev, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu sosial-iqtisadi islahatları, Naxçıvanın iqtisadiyyatının davamlı inkişafına göstərilən diqqəti qeyd edib.. Təqdimetmə mərasimində iştirak edən Naxçıvanın Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov və bölgədə Prezidentin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilməsi münasibətilə Kazım Hüseynəliyevi təbrik edib, ona fəaliyyətində uğurlar arzu ediblər.
Nazirliyin Aparatının və tabe qurumların rəhbərliyinin və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən K.Hüseynəliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini qeyd edib.
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Kaspersky: saxta maliyyə veb-saytlarına girişin 25%-i fırıldaqçı ödəniş sistemlərinin payına düşür