İqtisadiyyat Nazirliyinin rəhbərliyi müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar olaraq Fəxri xiyabanı ziyarət edib.
“İki sahil” xəbər verir ki, Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da əziz xatirəsi yad edilib, məzarı önünə güllər qoyulub.
Ümummilli Liderin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, onun zəngin siyasi irsi, strateji inkişaf ideyaları və müdrik idarəçilik təcrübəsi hər birimiz üçün daim örnək olacaq.
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Kaspersky: saxta maliyyə veb-saytlarına girişin 25%-i fırıldaqçı ödəniş sistemlərinin payına düşür