Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin Bəhreyn kralı Həməd bin İsa Al Xəlifəyə ünvanlanmış məktubunu vəliəhd və Baş nazir Salman bin Həməd bin İsa Al Xəlifəyə təqdim edib.
“İki sahil” bu barədə vəliəhdin “X” sosial şəbəkəsindəki paylaşımına istinadla məlumat verir.
Qeyd edək ki, Azərbaycan XİN başçısı Bəhreyndə rəsmi səfərdədir və artıq krallığın yüksək vəzifəli şəxsləri ilə bir sıra görüşlər keçirib.
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb