Azərbaycandan Avropa ölkələrinə təbii qaz, “yaşıl enerji” və hidrogen tədarükünə dair müzakirələr aparılıb.
“İki sahil” xəbər verir ki, bu barədə müzakirələr Azərbaycanın energetika naziri Pərviz Şahbazov ilə Avropa Komissiyasının Şərq Qonşuluğu və Genişlənmə Danışıqları üzrə Baş direktoru (DG ENEST) Qert Yan Kupman arasında keçirilən görüşdə aparılıb.
Nazir qeyd edib ki, onun Qert Yan Kupman ilə görüşü Azərbaycan-Avropa İttifaqı enerji tərəfdaşlığının gündəliyindəki məsələlərin müzakirəsi baxımından səmərəli olub:
“Avropaya təbii qaz, “yaşıl enerji” və hidrogen tədarükü, bu kontekstdə mövcud və planlaşdırılan enerji dəhlizlərinin inkişafı, bu layihələrin enerji təhlükəsizliyində gələcək rolu, investisiya imkanları, eləcə də Azərbaycan-Aİ enerji dialoqunun növbəti iclasına dair fikir mübadiləsi apardıq”.
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Kaspersky: saxta maliyyə veb-saytlarına girişin 25%-i fırıldaqçı ödəniş sistemlərinin payına düşür