12 may 2025 13:34
110

Milli Məclisdə Qlobal Cənubun yüksəlişi və Qərb mövzusuna həsr olunmuş dinləmələr keçiriləcək

Milli Məclisdə “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda dinləmələr təşkil olunacaq.

“İki sahil” xəbər verir ki, bununla bağlı məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-ü keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə daxil edilib.