12 may 2025 15:33
95

Azərbaycanla Somali arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş təsdiqlənib

"Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş" təsdiqlənib.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Qanunu imzalayıb.

Qeyd edək ki, 2025-ci il fevralın 12-də Bakı şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş” imzalanıb.