Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əlaqələrin inkişafına böyük önəm verir.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir bildirib ki, EBRD-nin İllik Toplantısı çərçivəsində keçirilən görüşdə Bankın fəaliyyət müddətini başa çatdırmaqda olan birinci vitse-prezidenti Yurgen Rigterinkə ikitərəfli əlaqələrin gücləndirilməsinə verdiyi töhfələr üçün təşəkkür edilib.
M. Cabbarov bu vəzifəyə yeni təyin edilən Qreq Quyetə fəaliyyətində uğurlar arzulayıb: “Bankla tərəfdaşlıq müasir yanaşmaların tətbiqi, yaşıl və rəqəmsal inkişafa keçidin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir”.
“Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb
Kaspersky: saxta maliyyə veb-saytlarına girişin 25%-i fırıldaqçı ödəniş sistemlərinin payına düşür