14 may 2025 15:58
117

Braziliya Hərbi Hava Qüvvələrinin məxsus xüsusi təyyarə Moskvaya enib - GİZLİ SƏFƏRİN SİRRİ...

Braziliya Hərbi Hava Qüvvələrinin xüsusi reysi Moskvanın “Vnukovo” hava limanına enib.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki,  Braziliya prezidenti Lula da Silva bu gün Vladimir Putini sabah İstanbulda danışıqlara getməyə şəxsən razı salmağa çalışmaq istədiyini bildirib.

Lula da Silva mayın 10-dan 14-dək Çində dövlət səfərində olub. Kreml onun Rusiya paytaxtına səfərini açıqlamayıb.

Qeyd edək ki, Rusiya prezidenti Putin özü ukraynalılarla birbaşa danışıqların mayın 15-də İstanbulda aparılmasını təklif edib. Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti ilə şəxsən görüşməyə çalışacağını bildirib. Rusiya rəsmi nümayəndə heyətinin tərkibi hələlik məlum deyil. “Washington Post” yazıb ki, onun tərkibinə Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov da daxil olacaq.