15 may 2025 02:25
187

Dünyadakı uşaqların üçdə biri miopiyadır

“British Journal of Ophthalmology”də dərc edilən son araşdırma yaxındangörmə və ya miopiyadan əziyyət çəkən uşaqların sayının artdığını vurğulayıb. Son 30 ildə uşaqlar və yeniyetmələr arasında yaxındangörmə xəstəliyinin yayılması nisbətinin 1990-cı ildə qeydə alınan 24%-dən 2023-cü ildə demək olar ki, 36%-ə yüksəlməsi ilə bağlı statistika narahatedicidir. Bəs, bu, dramatik yüksəlişə səbəb nə oldu və kimin görmə qabiliyyəti daha çox risk altındadır?

Yaxındangörən uşaqların sayı daha da artacaq

Yeni bir araşdırma bütün dünyada narahatedici dərəcədə uşaqların yaxındangörmə qabiliyyətini inkişaf etdirdiyini ortaya qoyub.

Əhəmiyyətli artım

Tədqiqat müəlliflərinin fikrincə, son 30 ildə uşaqlar və yeniyetmələr arasında yaxındangörmə xəstəliyinin yayılmasında əhəmiyyətli artım müşahidə olunub.

Qlobal problem

Dünya miqyasında uşaq və yeniyetmələrin təxminən 36%-də yaxındangörmə və ya miopiya var.

Faizlər yüksələcək

“British Journal of Ophthalmology”də dərc olunan məqaləyə görə, tədqiqatçılar 2050-ci ilə qədər bu rəqəmin 40%-ə yüksələcəyini və dünyada 740 milyondan çox belə hadisənin olacağını proqnozlaşdırırlar.

Tədqiqat necə aparılıb?

Tədqiqatın müəllifləri altı qitənin 50 ölkəsində beş milyondan çox uşaq və yeniyetmənin iştirak etdiyi 276 tədqiqatın nəticələrini təhlil edərək belə nəticəyə gəliblər.

Kim təsirlənir?

Onların təhlilinə görə, vəziyyət qeyri-mütənasib şəkildə xüsusilə qızlara, Şərqi Asiyada yaşayan uşaqlara və şəhərlərdə yaşayan uşaqlara təsir göstərir.

COVID-19-un rolu

Yaxındangörmə hallarının artması tədricən baş versə də, COVID-19 pandemiyasından sonra nəzərəçarpacaq bir sıçrayış oldu. Burada karantin rejimi, xüsusən də açıq hava fəaliyyətinin azalması və ekran vaxtının artması bir növ miopiyanın pisləşməsinə kömək etmiş oldu.

Miopiya böyük bir sağlamlıq problemidir

"Miopiyanın xüsusilə Sinqapur, Çin və Tayvan kimi Cənub-Şərqi Asiya ölkələrində yayılmasının sürətlə artmasına dair təəccüblü dəlillər mövcuddur.

Yaxındangörmənin ən yüksək dərəcələri

Şərqi Asiya uşaqlarında yaxındangörmənin nisbəti ən yüksək səviyyədədir, digər həmyaşıdlarından iki dəfə çox.

Siyahıya Yaponiya başçılıq edir

Bu ölkədə uşaqların 86%-i miopikdir.

Cənubi Koreya ikinci yerdədir

Tədqiqata görə, Cənubi Koreya ikinci ən yüksək göstəriciyə sahibdir, gənclərin 74%-nə yaxındangörmə diaqnozu qoyulub.

Şəhər faktoru

Maraqlıdır ki, jurnalda şəhər yerlərində yaşayan uşaqlarda miopiyanın kənd yerlərindəkindən daha yüksək olduğunu qeyd edilib.

Ətraf mühit amilləri

Tədqiqatçılar, həmçinin kiçik uşaqların böyüklərə nisbətən ətraf mühit faktorlarına daha həssas olduğunu qeyd ediblər. "Bu, məktəbəqədər yaşlı uşaqlar üçün xüsusilə vacibdir, çünki onlar yüksək plastiklik (beynin vizual stimullara cavab olaraq uyğunlaşma və dəyişmə qabiliyyəti) ilə xarakterizə olunan vizual inkişafın kritik dövründədirlər", - deyə onlar bildiriblər.

Miopiyanın aşağı nisbətləri

Dünyanın digər ucunda-Sudan, Uqanda və Burkina Faso kimi ölkələrdə yaxındangörmə nisbətlərinin ən aşağı səviyyədə olduğu aşkar edilmişdir.

Buna təsir edən amillər arasında genetika da var. Lakin bu, daha çox "aşağı savadlılıq dərəcələri və formal təhsilin gec başlanması ilə əlaqələndirilir. Adətən bu, əksər uşaqlar üçün altı ilə səkkiz yaş arasında baş verir.

Gözlərdən daha tez istifadə

Müqayisə üçün qeyd edək ki, Şərqi Asiya uşaqları formal təhsilə digər bölgələrdəki uşaqlara nisbətən daha tez- iki və ya üç yaşında başlayırlar, bu da gənc və inkişaf etməkdə olan gözlərin yaxın məsafəli fəaliyyətlərdə daha tez istifadə olunması deməkdir.

Niyə qızlar yaxındangörməyə daha çox meyillidirlər?

Qızlara qeyri-mütənasib şəkildə təsir edən vəziyyətə gəlincə, tədqiqatçılar qızların yetkinlik yaşına oğlanlara nisbətən daha tez çatdıqlarına, açıq havada daha az vaxt keçirmələrinə və yaxın məsafəli fəaliyyətlərə daha çox vaxt sərf etmələrinə görə onların gözlərinin potensial miopiyaya daha çox meyilli olduğunu irəli sürür.

Yaxınıgörmə nədir?

Miopiya o deməkdir ki, kimsə yaxın obyektləri aydın görə bilir, lakin uzaqda olanları aydın görməkdə çətinlik çəkir.

Diqqəti düzgün cəmləyə bilməmək

Bu, gözlərinizə daxil olan işığın düzgün fokuslanmaması səbəbindən baş verir.

Erkən yaşlarda yüksək vizual tələblər

Kitab oxumaq, mobil cihazlardan istifadə etmək, televizora baxmaq, kompüterdə işləmək və ya video oyunları oynamaq kimi yaxın planda fəaliyyətlərə fokuslanarkən gözlər uşaqlar tərəfindən çox vaxt “sui-istifadə olunan orqan olur”.

Miopiyanın inkişafı

Uzun müddət ərzində yaxıngörmə ilə bağlı yüksək vizual tələblər miopiyanın potensial səbəbi ola bilər.

Miopiya və mobil cihazlar

Bir qayda olaraq, gənclər tərəfindən mobil cihazlardan uzun müddət istifadə gözlərə zərər verir. Bu, yoxsul ölkələrdə ağıllı telefon və ya buna bənzər şəxsi cihazların nadir hallarda rast gəlinməsi ilə bağlı olaraq uşaqların miyopiyaya qarşı həssas olmamasının başqa bir səbəbidir.

Uşağın görmə qabiliyyətini necə qorumaq olar?

Tədqiqatçılar valideynləri uşaqlarını görmə qabiliyyətini qorumaq üçün daha çox şey etməyə təşviq etməyə çağırırlar. Bu, fiziki fəaliyyətlə məşğul olmaq üçün vaxtın artırılmasını əhatə edir.

Açıq havada çox olun

Tədqiqatda deyilir: "Tələbələr həmçinin televiziya və videolara baxmaq, kompüter oyunları oynamaq və internetdə gəzmək kimi qeyri-aktiv fəaliyyətlərə sərf olunan vaxtı azaltmalıdırlar".

Risklərin azaldılması

Müəlliflər, həmçinin məmurları tələbələrin ev tapşırığı və repetitorluq yükünü azaltmağa, müntəzəm göz müayinələri, erkən aşkarlama və müalicəni təşviq etməyə çağırıblar.

"20-20-20 qaydası"na əməl edin!

Uzunmüddətli ekran vaxtı hər hansı bir istifadəçinin gözündə göz yorğunluğuna və quruluğa səbəb ola bilər. Lakin uşaqlar bu cür narahatlığa xüsusilə meyillidir. Buna görə də, 20 fut uzaqlıqdakı bir şeyə baxmaq üçün hər 20 dəqiqədən bir 20 saniyəlik müntəzəm fasilələr tövsiyə olunur, bir sözlə "20-20-20" qaydasına əməl edin!

Gözləri nəm saxlayın

Süni gözyaşı və ya göz damcılarının vaxtaşırı istifadəsi göz quruluğunun qarşısını almağa kömək edə bilər.

Nubar Süleymanova, “İki sahil”