06 sentyabr 2017 16:32
396

Zakir Həsənov Polşada “MSPO - 2017” sərgisində iştirak edir

Polşada səfərdə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov Kielce şəhərində keçirilən “MSPO - 2017” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti sərgidə nümayiş etdirilən hərbi və müdafiə təyinatlı məhsullara baxış keçirib, müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olub.