Azərbaycan Mərkəzi Bankının (AMB) sədr müavini Əli Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Qiymətli Kağızlar Komissiyalarının Beynəlxalq Təşkilatının (International Organization of Securities Commissions - IOSCO) Qətərin paytaxtı Dohada keçirilmiş 50-ci İllik Toplantısında iştirak edib.
"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti Qətərin Maliyyə Bazarları üzrə Nəzarət Qurumunun (QFMA) rəhbəri Tami Bin Əhməd əl-Binali ilə görüşüb. Tərəflər hər iki qurumun kapital bazarları üzrə inkişaf strategiyası, IOSCO çərçivəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər mövzularla bağlı fikir mübadiləsi aparıb.