Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) İllik Toplantısı çərçivəsində EBRD-nin Müdirlər Şurasının açılış sessiyasında iştirak edib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Tədbirdə qlobal çağırışlar şəraitində iqtisadi resursların effektiv istifadəsi, iqlim fəaliyyətini dəstəkləyən infrastrukturun formalaşdırılması, rəqəmsal transformasiya, müasir biznes həllərinə investisiyalar, sənaye siyasəti və sosial təhlükəsizliklə bağlı qabaqcıl təcrübələr qeyd edildi", - nazir vurğulayıb.
Qeyd edək ki, EBRD-nin İllik Toplantısı mayın 13-də Böyük Britaniyanın paytaxtı Londonda işinə başlayıb və mayın 15-dək davam edəcək. EBRD-nin növbəti İllik Toplantısı 2026-ci il iyunun 5-7-də Latviyanın paytaxtı Riqada keçiriləcək.