Comex birjasında iyun ayı üzrə qızıl fyuçerslərinin qiyməti ucuzlaşıb. Qiymətli metalın qiyməti 0,13% ucuzlaşaraq 1 troya unsiyası üçün (təxminən 31,1 qram) 3149 dollar təşkil edib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, qiymətdə azalma davam edir. Son məlumata görə bir unsiyanın qiyməti 3 146,1 dollar (-1,21%) təşkil edib.
Qızılın qiyməti sonuncu dəfə aprelin 10-da 1 troya unsiyası üçün 3150 dollardan aşağı olub. Üstəlik, ertəsi gün qiymətli metalın qiyməti tarixi maksimumunu təzələyərək bir unsiya üçün 3253,9 dollar təşkil edib. Mayın 14-də qiymət 3186,1 dollara düşüb.
Reuters mayın 11-də Cenevrədə imzalanan ABŞ-Çin ticarət sazişi fonunda qızılın ucuzlaşdığını yazıb.