ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə görüşməyincə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı “heç nə baş verməyəcəyini” bildirib.
“İki sahil” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
“Putinlə mən görüşənə qədər heç nə olmayacaq”, - deyə, Donald Tramp BƏƏ-yə uçmazdan əvvəl jurnalistlərə bildirib.
Bu həftə Donald Tramp danışıqlara nəzarət etmək üçün İstanbula uçmağı düşündüyünü bildirib. Onun xüsusi nümayəndəsi Keyt Kelloq daha sonra aydınlıq gətirib ki, Amerika prezidentinin səfəri ilə bağlı qərar Vladimir Putinin gəlib-gəlməməsindən asılıdır.