Mayın 15-də Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının videokonfrans formatında növbəti 72-ci iclası keçirilib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovun sədrliyi ilə keçirilən videokonfransda MDB Dövlətlərarası Statistika Komitəsinin sədri, üzv dövlətlərin statistika qurumlarının rəhbərləri və rəhbər müavinləri, MDB İcraiyyə Komitəsinin və Avrasiya İqtisadi Komissiyasının nümayəndələri iştirak ediblər.
Şuranın iclasında MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 2024-cü ildə fəaliyyəti, MDB Dövlətlərarası Statistika Komitəsinin 2024-cü ildə gördüyü işlər, 2026-2027-ci illər üçün “MDB statistikasının inkişafı” layihəsinə dair təkliflər və digər məsələlər haqqında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.
Dövlət balansındakı bəzi aktivlərin idarə olunmasına obyektiv çətinliklər mane olur - Əziz Mirzəyev
Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dövlət hansı hallarda nəzarət edir? - OXUYUN XƏBƏRİNİZ OLSUN
Dövlət əmlakının qiymətləndirilməsi müstəqil qiymətləndiricilər tərəfindən aparılır