17 may 2025 02:25
116

Nə çay,nə dağ, nə hava limanı, nə ordu, nə ferma: Belə imkanları olmayan ölkələr var?

Dünyanın əksər hissəsi hava limanları, çimərliklər, fermalar və orduya sahib olmaq fikrinə öyrəşib. Ancaq Yer kürəsinin insanları da, relyefi də geniş və müxtəlifdir. Bu, o deməkdir ki, insanlar dünyanın bütün guşələrində, o cümlədən çayları, meşələri və dağları olmayan yerlərdə belə yaşayırlar.

Aşağıda bir çoxlarının təbii kimi qəbul etdiyi xüsusiyyətlərə malik olmayan ölkələrlə tanış ola bilərsiniz:

Çayları olmayan ən böyük ölkələr bunlardır:

Ümumi sahəsi 17,818 kvadratkilometr olan Küveyt çayı olmayan dördüncü ən böyük ölkədir. Ümumi sahəsi 309,501 kvadratkilometr olan Oman çayı olmayan üçüncü ən böyük ölkədir. Ümumi sahəsi 527,968 kvadratkilometr olan Yəmən çayı olmayan ikinci ən böyük ölkədir. Ümumi sahəsi 2,15 milyon kvadratkilometr olan Səudiyyə Ərəbistanı isə çayı olmayan ən böyük ölkədir.

Meşələri yoxdur

“World Atlas”a görə, bu ölkələr meşəlik quru kütləsinin ən aşağı faizinə sahibdirlər: ümumi sahəsi 61,2 kv.km olan San Marino, meşəlik ərazisi olmayan dördüncü ən böyük ölkədir. Ümumi sahəsi 309,501 kv.km olan Oman meşəlik ərazisi olmayan ikinci ən böyük ölkədir. Ümumi sahəsi 2,166 milyon kvadratkilometr olan Qrenlandiya meşəlik ərazisi olmayan ən böyük ölkədir.

Bu ölkələrin isə Olimpiya medalı yoxdur

Aşağıda heç vaxt Olimpiya medalı qazanmamış əhalisi olan ölkələrin bəzi nümunələri verilmişdir:

Kambocanın 16 milyon əhalisi var və medalları yoxdur. Madaqaskarın 25,57 milyon əhalisi var, ancaq medalları yoxdur.

Fermasız ölkələr

Ümumi sahəsi 44 hektar olan Vatikan ferması olmayan üçüncü ən böyük ölkədir.

Ümumi sahəsi 202 hektar olan Monako fermada ikinci ən böyük ölkədir.

Ümumi sahəsi 721,5 kv.km və əhalisi 5,6 milyondan çox olan Sinqapur dünyada təsərrüfat sahəsi olmayan ən böyük ölkədir.

Aeroportu olmayan ölkələr

Lixtenşteyn, Andorra, Vatikan, San Marino kimi kiçik əraziyə malik Avropa ölkələrinin aeroportu yoxdur.

Hətta ordusuz?

Ümumi sahəsi 103.000 kv.km və əhalisi təxminən 338349 nəfər olan İslandiya daimi ordusu olmayan ən böyük ölkədir. Bundan başqa, Monako, Mavrikiy, Panama, Kosta Rika kimi ölkələrin də standart ordusu yoxdur.

Dağları olmayan ölkələr

Qətərin ən yüksək nöqtəsi 103 m-dir.

Maldiv adalarının ən yüksək nöqtəsi cəmi 2 m-dir.

Nubar Süleymanova, “İki sahil”