16 may 2025 18:26
174

Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və sərgisi keçiriləcək

İyunun 10-12-də Bakı Ekspo Mərkəzində “2-ci Türk Ticarət Sərgisi” - Türk Dövlətləri Ticarət və İnvestisiya Əməkdaşlıq Forumu və sərgisi keçiriləcək.

“İki sahil” xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, türk dövlətlərindən rəsmi şəxsləri və iş adamlarını bir araya gətirəcək forum-sərginin məqsədi türk dövlətləri arasında ticarət, investisiya və texnologiya sahəsində əməkdaşlığı inkişaf etdirmək, yeni əlaqələrin qurulması, satış imkanlarını genişləndirməklə bizneslərin böyüməsinə dəstək olmaq.

Sərgidə iştirak ziyarətçilər üçün tam sərbəstdir. Ətraflı məlumat üçün: https://www.turkictradefair.com.tr/

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) müvafiq qurumların təşkilatçılığı ilə keçiriləcək forum-sərginin tərəfdaşları sırasındadır. Agentlik sərgidə mikro və kiçik sahibkarların məhsul və xidmətlərinin nümayiş olunması üçün xüsusi stend quracaq.

KOBİA-nın stendində ödənişsiz əsaslarla məhsul və xidmətlərini təqdim etmək istəyən KOB subyektləri mayın 30-dək agentliyə müraciət edə bilərlər: https://smb.gov.az/az/contact-form/exhibition-form/1 (“İştirak etmək istədiyiniz tədbir” bölməsində “Türk Ticarət Sərgisi” qeyd olunmalıdır).